Bakıda dəhşətli qəza: Ölən və xəsarət alanlar var
2021-11-02 10:33:00
Bakı şəhərinin Qaradağ rayonunda “Ford” markalı yük avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.
Hurriyyet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan FHN-in Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.