📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda DƏHŞƏTLİ SEVGİ HEKAYƏSİ - Satıcıya aşiq oldu, özünü binadan atdı

2021-12-10 11:30:00

Bakıda DƏHŞƏTLİ SEVGİ HEKAYƏSİ - Satıcıya aşiq oldu, özünü binadan atdı

Dünən saat 13 radələrində Bakı şəhər Nərimanov rayonu Ağa Nemətulla küçəsi 79 ünvanında yerləşən çoxmərtəbəli binada intihar hadisəsi vaş verib.

Hurriyyet.az xəbər verir ki, binanın eyvanına çıxan Məmmədov Ruslan İlqar oğlu özünü yola atıb.

O, hadisə yerindəcə keçinib. İlkin araşdırma zamanı məlum olub ki, intihar edən gənc yaxınlıqda yerləşən "Xəzər" marketdə çalışıb və həmin ticarət obyektində çalışan Aysel (ad şərtidir) adlı qızı sevib. Onlar 2 ay müddətində telefonla daim danışaraq sevgi münasibətində olub. Lakin bir neçə gün əvvəl münasibətləri pozulub və Aysel Ruslanla danışmaqdan imtina edib.

Sevdiyi qızın ondan üz döndərdiyini və bütün cəhdlərinə baxmayaraq, barışmadığını görən gənc oğlan özünü binadan atmaq qərarına gəlib və dəhşətli hadisə baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.