📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda deputat qızının təmtəraqlı toyu - Video

2021-08-04 11:21:00

Bakıda deputat qızının təmtəraqlı toyu - Video

Milli Məclisin deputatı, bəstəkar Novruzəli Aslanovun (Novruz Aslan) qızının toyu olub.

 Bakipost.az xəbər verir ki, məclis Bakının tanınmış restoranlarından birində baş tutub. Millət vəkilinin qızı Günel Aslanovanın toyunda N. Aslanın həmkarları, ictimaiyyət nümayəndələri, mədəniyyət sahəsindən tanınmış şəxslər iştirak edib.

Əməkdar artistlər Lalə Məmmədova, Vasif Məhərrəmli, müğənni Natavan Həbibi və başqaları səhnədə yer alıblar. Məclisdən videoları toyu idarə edən aparıcı Azər Axşam İnstaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, 58 yaşlı N. Aslan İsmayıllıdan 4 çağırış deputat seçilib.