📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda dəvənin dirəyə bağlanmasının səbəbi bilindi

2026-05-08 21:01:28

Bakıda dəvənin dirəyə bağlanmasının səbəbi bilindi

Ötən gün Bakının mərkəzində dirəyə bağlanmış dəvənin yiyəsi tapılıb. 

Hurriyyet.az  xəbər verir ki, həmin dəvə paytaxta kinofilm çəkilişi üçün gətirilibmiş. Çəkiliş prosesinə artıq başlanılıb və bunu əks etdirən video sosial şəbəkələrdə yayılıb.

Orta Asiya növü olan iki hörgüclü heyvan paytaxtın mərkəzində yerləşən “İva” restoranının qarşısında dirəyə bağlanmışdı.