Bakıda ən bahalı torpaq sahələri bu ərazilərdədir - 700-800 min manat
Son 10 ildə Bakıda torpaqların qiyməti dəfələrlə artıb. Bunun səbəbi ilk növbədə torpağa olan tələbatla bağlıdır.
Hurriyyet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib.
O qeyd edib ki, həm yaşayış evlərinin, həm çoxmənzilli yaşayış binalarının tikintisinə olan tələbat qiymət artımına səbəb olur:
"Paytaxt Bakıda demək olar ki, torpaq tapmaq mümkün deyil. Hətta vəziyyət o dərəcədədir ki, iri torpaq sahələrinin bir sotunun qiyməti xırda torpaq sahələrinin bir sotunun qiymətindən daha çoxdur. Buna təsir göstərən amillərdən əsası Şəhərsalma və Arxitektura Komitəsinin tələbləri ilə bağlıdır. Belə ki, komitənin çoxmənzilli binaların tikintisi ilə əlaqədar torpaq sahələrinə qoyduğu tələbat artıb. Bu artım vəziyyəti daha da şiddətləndirdi".