📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda estetik əməliyyatı olunan 23 yaşlı qız öldü

2023-05-06 19:10:00

Bakıda estetik əməliyyatı olunan 23 yaşlı qız öldü

Bakıda estetik əməliyyatı zamanı komaya düşən gənc qız vəfat edib.

Hurriyyet.az-ın məlumata görə, bir neçə gün əvvəl ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq dünən vəfat edib.

Məlum olub ki, o, 5 gün əvvəl Sabunçu rayonu ərazisidəki "Medicare" özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.

Faktla bağlı araşdırma aparılır. \\Qafqazinfo