📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda Estoniya səfirliyi açıldı - Fotolar

2026-11-27 13:48:43

Bakıda Estoniya səfirliyi açıldı - Fotolar

Bu gün Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və estoniyalı həmkarı Marqus Tsaxkna da iştirak ediblər.

Açılış mərasimində çıxış edən C.Bayramov Bakıda Estoniya səfirliyinin rəsmi açılışını iki ölkə arasındakı münasibətlər baxımından mühüm hadisə kimi qiymətləndirib.