Bakıda Estoniya səfirliyinin açılışı münasibətilə qəbul keçirildi - Fotolar
Xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışı münasibətilə keçirilən qəbulda iştirak və çıxış edib.
Hurriyyet.net xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bayramov çıxışında Azərbaycan və Estoniya arasında mövcud olan uzunmüddətli tarixi əlaqələri diqqətə çatdıraraq, Estoniyanın Bakıda səfirliyinin açılmasının ikitərəfli münasibətlərdə yeni mərhələ kimi əhəmiyyətini vurğulayıb.
O, ticarət, investisiya, nəqliyyat, logistika, energetika, təhsil, innovasiya və humanitar mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsi potensialını qeyd edib, müsbət siyasi dialoqun konkret və qarşılıqlı faydalı nəticələrə çevrilməsinin vacibliyini bildirib.
Nazir həmçinin mövcud ikitərəfli mexanizmlər və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin önəmini bir daha təsdiqləyib.





