📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda evdə qaz balonu partladı: ölən var

2024-12-13 19:57:39

Bakıda evdə qaz balonu partladı: ölən var

Bakıda yaşayış evində qaz balonu partlayıb.
Hadisə bir neçə gün əvvəl Bakının Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb.
Türkan qəsəbəsindəki evlərdən birində qaz balonunun partlaması nəticəsində yanğın olub.
Nəticədə ev sahibi, 1956-cı il təvəllüdlü Eyyub Qasım oğlu Əliyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq E.Əliyev dekabrın 12-si orada ölüb.
Faktla bağlı araşdırma aparılır./Lent.az