📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda evli gəlinlə tutulan oğlan özünü binadan atdı

2022-12-29 22:54:00

Bakıda evli gəlinlə tutulan oğlan özünü binadan atdı

Abşeronda binadan yıxılaraq ölən oğlanla bağlı yeni faktlar məlum olub.

Hurriyyet.Az lent.az-a istinadən bildirir ki, hadisə Masazır qəsəbəsində yerləşən "Qəsr" yaşayış kompleksində qeydə alınıb.

1998-ci il təvəllüdlü M.Ə qeyri-rəsmi münasibətlərdə olduğu qadınla görüşmək üçün onun evinə gedib.

Onlar evdə görüşən zaman qadının həyat yoldaşı zəng edib.

Qadın telefona cavab vermədiyindən kişi qardaşını həmin ünvana göndərib. Qaynının evə gəldiyini görən qadın oğlandan tez evi tərk etməsini istəyib.

Çarəsiz qalan gənc oğlan lüt eyvana çıxaraq 13-cü mərtəbədən özünü atıb.

Hadisə yerində ölən şəxsin paltarları da tapılıb.