📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda fantastik qiymətə meyvə satılır: 500 qramı…

2025-10-07 19:42:15

Bakıda fantastik qiymətə meyvə satılır: 500 qramı…

Bakının məşhur “Port Baku” Bazarında 500 qram qaragilə meyvəsi 64.40 manata təklif olunur.
Hurriyyet.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
Paylaşım ictimaiyyətin kəskin reaksiyasına səbəb olub. İstifadəçilər qiymətin əsassız dərəcədə yüksək olduğunu bildiriblər.
Sözügedən paylaşımda belə qeyd edilib:
“Ürəyim qaragilə meyvəsi istədi. Qiyməti görəndə şok oldum”.
Qiymətin məhsulun mənşəyi, keyfiyyəti və ya idxal xərcləri ilə bağlı olub-olmadığı haqda dəqiq məlumat yoxdur.  /globalinfo.az