📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda Formula 2 komandalarının sərbəst yürüşləri start götürüb

2024-09-13 11:20:24

Bakıda Formula 2 komandalarının sərbəst yürüşləri start götürüb

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 2 komandalarının sərbəst yürüşləri start götürüb.

Hurriyyet.az xəbər verir ki, Trend-in məlumatına görə, yarışda 11 komanda iştirak edir.

Qeyd edək ki, bu gündən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 start götürüb.

Trend-in məlumatıma görə, 13-15 sentyabr tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.

Yarışın 2-ci günü, yəni sentyabrın 14-də Formula 1 komandalarının 3-cü sərbəst yürüşü, sıralama yürüşü və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.