📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda gecə klubundakı partlayışda xəsarət alanlardan biri vəfat etdi

2022-04-06 21:13:00

Bakıda gecə klubundakı partlayışda xəsarət alanlardan biri vəfat etdi

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan bir nəfər 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva dünyasını dəyişib.

 

O, 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi.

 

Sözügedən hadisədə ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 2 nəfər vəfat edib.

 

Hazırda tibb müəssisələrində ümumilikdə 12 nəfər müalicə alır. Onlardan 9-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

 

Xatırladaq ki, TƏBİB-in tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər özəl xəstəxanalardan birinə köçürülüb.

 

Qeyd edək ki, xəsarət alan şəxslərdən hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 4 nəfərdən 1-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

 

Ümumilikdə stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib. \\TƏBİB