📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda gəlinini güllələyən 88 yaşlı şəxs xəstəxanada ölüb

2023-10-20 16:09:38

Bakıda gəlinini güllələyən 88 yaşlı şəxs xəstəxanada ölüb

Ötən gün gəlinini güllələdikdən sonra intihara cəhd edən 88 yaşlı şəxs xəstəxanada ölüb.

Hurriyyet.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, Yaşar Dadaşov dərman zəhərlənməsi diaqnozu ilə Toksikologiya şöbəsinə gətirilib:

"Mərkəzə daxil olarkən koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, oktyabrın 19-da saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1964-cü il təvəllüdlü Dadaşova Gülnarə Mikayıl qızının ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlu şübhəli bilinib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.