📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda gənc icarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı kişini vurdu

2021-12-08 09:58:00

Bakıda gənc icarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı kişini vurdu

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az-ın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçən 1956-cı il təvəllüdlü Hüseynov Abdulmanaf Əhməd oğlunu “Gelandewagen” markalı avtomobil vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı və bədənin müştərək travması diaqnozları qoyulub.

Qeyd edək ki, nəqliyyat vasitəsi paytaxtdakı avtomobil icarə şirkətlərindən birinə məxsusdur.

Hadisənin təfərrüatı araşdırılır.