📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda güclü külək əsəcək

2026-10-18 18:12:21

Bakıda güclü külək əsəcək

Milli Hidrometeorologiya Xidməti oktyabrın 19-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Modern.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 20,8-28,4 metrədək güclənəcək.

Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlıda isə sarı xəbərdarlıq qüvvədə olacaq.

Bu ərazilərdə qərb küləyi əsəcək, sürəti saniyədə 13,9-20,7 metrə çatacaq.