📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda Hüseynlə görüşdə yaşananlar... - VİDEO

2022-04-18 13:00:00

Bakıda Hüseynlə görüşdə yaşananlar... - VİDEO

Dünən Park Bulvarda məşhur azərbaycanlı bloger Hüseyn Həsənovla görüş keçirilib.

Hurriyyet.az xəbər verir ki, görüşdə izdiham yaşanıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Görüntülərdə blogeri görmək istəyənlərin çoxluğu, karantin qaydalarının pozulması, heçə sayılması diqqətdən yayınmayıb.

Səhnədə olan şəxslərin bloger üçün ora toplaşan fanatları qayışla vurması, gənclərin bir-biri ilə dava etməsi, təzyiq göstərməsi kimi görüntülər də insanlar tərəfindən tənqid edilib.

Bloger Hüseyn də həmin görüntülərə münasibət bildirib.

O, “Instagram” hesabında paylaşım edib və qayışla insanları vuran şəxsin onun mühafizəçilərindən olmadığını deyib.

Daha sonra həmin şəxslə görüşdüyünü bildirən bloger, deyib:

“O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxarmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?”.

Hüseyn həmin şəxsin fotosunu da paylaşıb.