📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda idman zalında daha bir faciəvi ölüm

2025-10-18 11:55:13

Bakıda idman zalında daha bir faciəvi ölüm

Bakıda idman zalında ölüm hadisəsi baş verib.

Hurriyyet.az xəbər verir ki, hadisə dünən axşam saat 20 radələrində Nəsirəddin Tusi küçəsində yerləşən idman zalında baş verib.

Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Tural Yaşar oğlu Tapdıqzadə zalda insult keçirib. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 29-u Əməkdar artist Cabir İmanov idman zalında qəfil vəfat etmişdi.

Yenisabah.az