Bakıda idmançı məşq zamanı öldü
2026-10-29 21:11:14
Bakıda idman zalında ölüm hadisəsi olub.
Modern.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib.
Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.