📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda iki qız itkin düşdü - FOTO

2025-04-21 23:29:49

Bakıda iki qız itkin düşdü - FOTO

Bakının Maştağa qəsəbəsində azyaşlı qızlar itkin düşüblər.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Metbuat.az-a onların valideynləri məlumat veriblər.

Belə ki, 16 aprel, saat 20 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər.

Onlar dayı qızı və bibi qızı olublar.

Qeyd edək ki, qızların itkin düşməsi ilə bağlı polisə məlumat verilib.