📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda iki sərnişin avtobusu toqquşub - FOTO

2021-10-21 17:36:00

Bakıda iki sərnişin avtobusu toqquşub - FOTO

Bakıda iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakının Nəsimi rayonu ərazisində, “Memar Əcəmi” metrosu yaxınlığında qeydə alınıb.

Qəza zamanı 205 və 92 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar toqquşub.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və yaralananlar olmayıb.

Hər iki avtobusa maddi ziyan dəyib.