Bakıda inanılmaz olay: Zəlzələ min illik sirri üzə çıxardı - Video
2023-12-08 14:13:02
"Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb".
Hurriyyet.az xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən xəbərə görə, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib.
"Əraziyə baxışdan sonra mətbuata əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.