📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda intihar edən 13 yaşlı qızın məktubu üzə çıxdı: "Kim istəyirsə..."

2021-12-02 14:20:00

Bakıda intihar edən 13 yaşlı qızın məktubu üzə çıxdı:

Dekabrın 1-nə keçən gecə Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində özünü yaşadığı çoxmərtəbəli binadan atan 13 yaşlı qız vəfat edib.

Hurriyyet.az “Publika.az”a istinadla xəbər verir ki, Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində yerləşən binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edən Abdullazadə Z. A. qızının ehtiyatsızlıq nəticəsində yerə yıxıldığını bildirilsə də, sonradan onun öz həyatına qəsd etdiyi məlum olub.

Bildirilib ki, orta məktəbin 7-ci sinif şagirdi olan Z.A özünü öldürməzdən əvvəl məktub yazıb. O, evdə qoyduğu kağızda "Kim istəyirsə, arxamca gəlsin" sözlərini yazıb.

Həmçinin məlum olub ki, yeniyetmə qız intihar etməzdən əvvəl bəzənib və məclis paltarı geyinib. Onda ağır psixoloji travmanın yarandığı və bu səbəbdən məlum addımı atdığı qeyd edilir.