📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda işlədikləri şirkətdən oğurluq edən şəxslər saxlanılıb

2026-08-22 19:44:45

Bakıda işlədikləri şirkətdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda işlədikləri şirkətdən elektrik avadanlıqları oğurlayan iki nəfər saxlanılıb.

Bu barədə Hurriyyet.media  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birində qeydə alınıb. Polis əməkdaşları talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlayıb.

Araşdırmalarla saxlanılan şəxslərin elektrik avadanlıqlarını işlədikləri məkandan oğurladıqları müəyyən edilib.