Bakıda istilik problemi olan MƏKTƏBLƏR
2021-11-25 15:53:00
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində istilik sistemi ilə bağlı problemlərin olduğu məktəblərin sayı açıqlanıb.
Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qurumun tabeliyində olan bəzi məktəblərdə mövcud problemlərin olduğunu xatırladıb.
Onun sözlərinə görə, hazırda 15-ə yaxın məktəbdə bu sahədə problem var:
"Bu problemlərin həlli istiqamətdə mütəmadi addımlar atılır. Bir müddət əvvəl istiliklə bağlı ajiotaj var idisə, artıq onlar yavaş-yavaş səngiyir".
M.Vəliyeva eyni zamanda bir müddət əvvəl güclü külək nəticəsində problem yaranan məktəblərin aqibətinə də aydınlıq gətirib:
"Problemlər mütəmadi şəkildə olur, amma həll olunması üçün addımlar atılır".