📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

2026-10-05 20:31:29

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs  məhkəmə qarşısına çıxarılıb.

Hurriyyet.net  əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub.

Qeyd edək ki, yayılan videoda itin hündürmərtəbəli binadan yerə atılması əks olunub.

Binanın giriş hissəsinin üstünə düşən heyvanın öldüyü bildirilib.