📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda itkin düşən reperin meyiti tapıldı

2023-12-22 19:20:42

Bakıda itkin düşən reperin meyiti tapıldı

Bir ay əvvəl itkin düşən 28 yaşlı oğlanın meyiti tapılıb.

Hurriyyet.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya onun yaxınları bildirib.

İtkin İbrahim Nəzərlinin cansız bədəni Suraxı rayonu, Qum adası ərazisində dənizdə aşkar edilib.

Gəncin ölüm səbəbi ekspertizadan sonra bilinəcək. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, İ.Nəzərli noyabr ayının 9-u, 15:00 radələrində Qaradağ rayonu Sahil qəsəbəsindən çıxıb və bir daha geri qayıtmayıb.

Mərhum gənc reper olub.