📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda keçmiş prokurorun oğlu intihar etdi

2025-03-06 11:15:24

Bakıda keçmiş prokurorun oğlu intihar etdi

Bakıda intihar hadisəsi baş verib.

Hurriyyet.az xəbər verir ki, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 39 yaşlı Nizami Namiq oğlu Həsənov yaşadığı evdə özünü asıb.

İntiharın səbəbi məlum deyil.

KİV-də yayılan məlumata görə, intihar edən Nizami Həsənovun atası Namiq Həsənov əvvəllər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Lent.az