📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda körpə bacısını diləndirən qadın aşkar edildi

2022-03-15 23:22:00

Bakıda körpə bacısını diləndirən qadın aşkar edildi

Bakıda polis qadının körpə bacısını diləndirməsi faktını aşkarlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat paylaşıb.

“Paytaxtın Nizami rayonunda həyat tərzi dilənçilik olan roman mənsubu qadın körpə bacısını diləndirməsi polis tərəfindən aşkarlanıb. Jurnalist həmkarlarımızdan daxil olan məlumat əsasında keçirilən tədbirlərlə körpə küçədən götürülüb, aidiyyəti üzrə təhvil verilib. Müvafiq tədbirlər davam etdirilir.

O, bildirib: “Bayramdır ona görə körpə ilə çıxdım ki, daha çox pul yığım. İnsanlar körpəyə daha çox pul verir", - E.Hacıyev qeyd edib.