📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda körpə əkizlər dəm qazında boğuldu

2026-02-07 14:05:52

Bakıda körpə əkizlər dəm qazında boğuldu

Bakıda azyaşlı bacı-qardaş dəm qazından zəhərlənərək ölüb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 6-sı saat 17 radələrində, Xətai rayonunda qeydə alınıb. 

2024-cü il təvəllüdlü Fərxan Fərman oğlu Səfərov və əkiz bacısı Kübraxanım yaşadıqları Ş.Səmədov küçəsi ev 12 “D”də dəm qazından zəhərləniblər.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.