Bakıda körpü uçdu - Əlaqə kəsildi - VİDEO
2025-04-16 22:53:03
Yağan aramsız yağış nəticəsində Bakıda körpü uçub.
Hadisə Bakı şəhəri Qaradağ rayonu Çeyildağ qəsəbəsində baş verib.
Yağışdan sonra yaranan güclü sel qəsəbəni rayon mərkəzi ilə əlaqələndirən körpünü uçurub.
Nəticədə qəsəbə sakinlərinin hərəkəti çətinləşib, qəzalı vəziyyətə düşən körpünün tam uçma təhlükəsi yaranıb.
Milli.az