📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda kriminal aləm üzvü həyətində qətlə yetirildi - Foto

2021-12-11 09:10:00

Bakıda kriminal aləm üzvü həyətində qətlə yetirildi - Foto

Bakıda kriminal aləmə yaxınlığı ilə tanınan Allahverdi Mirzəyev həyətində güllələnərək qətlə yetirilib. 

Hurriyyet.az xəbər verir ki, "Kriminalqafqaz"ın əldə etdiyi özəl məlumata görə, hadisə bu gün saat 22 radələrində paytaxtın Suraxanı rayonu, Hövsan Südçülük sovxozunda qeydə alınıb. 

Naməlum şəxslər 43 yaşlı Allahverdi Mirzəyevin evinə gələrək onu çənəsindən atəş açaraq qətlə yetiriblər. Hadisənin kriminal aləmə aid söhbət üstündə baş verdiyi bildirilir. 

A.Mirzəyevin sonu "313"lə nömrə ilə bitən "Mercedes Galendevagen" idarə etdiyi qeyd olunur. O, elə bu maşınla da tanınıb. 

Faktla bağlı araşdırma aparılır.