📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda küçədə qadınlara sillə vuraraq qaçan şəxsdən YENİ XƏBƏR

2022-02-14 15:34:00

Bakıda küçədə qadınlara sillə vuraraq qaçan şəxsdən YENİ XƏBƏR

Yasamal Rayon Məhkəməsi qadınlara qarşı xuliqanlıq hərəkətləri törədən Əhməd Hüseynov barəsində qərar çıxarıb.

Hurriyyet.az  “Report”a istinadən bildirir ki, məhkəmənin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, paytaxtın Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Ə.Hüseynov bur neçə gün əvvəl ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədib.

Belə ki, o, bir neçə qadına küçədə sillə vuraraq qaçıb. Daha sonra Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.