📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

2026-11-13 13:51:33

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

Bu gün Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub.

Hurriyyet.net  Oxu.az-a istinadən xəbər verir ki, insident rayonun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb.

Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Əraziyə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.