📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda kütləvi dava: xəsarət alan var

2021-09-29 10:41:00

Bakıda kütləvi dava: xəsarət alan var

Bakıda kütləvi dava baş verib.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Səkkizinci mikrorayon ərazisində yerləşən restoranların birində baş verən hadisə zamanı 1998-ci il təvəllüdlü Əvəz Hafiz oğlu Şıxməmmədov xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.