📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda leysan başladı: Bu yollarda sürət endirildi

2024-10-14 09:10:01

Bakıda leysan başladı: Bu yollarda sürət endirildi

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

“Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi –Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, oktyabrın 12-də də NİİM əlverişsiz hava şəraiti ilə əlaqədar analoji addım atmışdı.