📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda leytenantın hərbi forması da içində olan çantasını OĞURLADILAR

2021-08-16 16:34:00

Bakıda leytenantın hərbi forması da içində olan çantasını OĞURLADILAR

Paytaxtın Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.

HURRİYYET.org xəbər verir ki, hadisə avqustun 14-ü Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, dayanacaqda dayanan qəsəbə sakini Elnur Yusifova məxsus içərisində hərbi forma, xidmət vəsiqəsi və sənədlər olan 2 ədəd çanta oğurlanıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E. Yusifov Dövlət Sərhəd Xidmətinin leytenantıdır.