📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda mağazada iş adamının meyiti tapıldı

2023-03-29 11:37:00

Bakıda mağazada iş adamının meyiti tapıldı

Bakıda mağazada iş adamının meyiti tapılıb.

Hurriyyet.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Bakı küçəsi: 1 ünvanında yerləşən mağazada baş verib. Həmin obyekti icarə əsasında işlədən Daşkəsən rayon sakini, 1973-cü il təvəllüdlü M.Bayramovun meyiti iş yerində aşkar edilib.

Onun üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. M.Bayramovun ölüm səbəbi hələ ki, açıqlanmayıb. 

Faktla bağlı araşdırma aparılır.

qafqazinfo