📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto

2026-08-26 13:16:51

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto

Paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.media Avtosfer.az-a istinadən xəbər verir ki, “Bus Trans” MMC-yə məxsus 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik avtomobili ilə toqquşub. Daha sonra avtobus SOCAR-ın Təlim və Tədris Mərkəzinin hasarına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində yaralananlar var. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.