Bakıda marşrut avtobusu ağaca çırpıldı - VİDEO
2026-11-09 13:11:32
Bakı Suraxanı rayonunda 184 nömrəli marşrut avtobusu ağaca çırpılıb.
Hurriyyet.net Oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Belə ki, 77-JM-499 dövlət nömrə nişanlı 184 saylı marşrut avtobusu idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Sərnişinlərin sözlərinə görə, qəzaya səbəb sürücünün anidən huşunu itirməsi olub:
"Sürücü normal sürətlə avtobusu idarə edirdi. Səhhətində sanki nəsə problem var idi. Anidən huşunu itirdi. Nəticədə avtobusun idarəetmədən çıxaraq ağaca çırpıldı. Xoşbəxtlikdən heç kim xəsarət almadı".