📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda maşını qaçırdılar, Sabirabadda sökdülər

2024-09-24 11:55:21

Bakıda maşını qaçırdılar, Sabirabadda sökdülər

Sentyabrın 22-də paytaxtın Nizami rayonu ərazisindən VAZ-2104 markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

Hurriyyet.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Sabirabad rayonunda S.Bağırovun həyətində sökülmüş vəziyyətdə tapılıb.

S.Bağırov şübhəli şəxs qismində saxlanılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar R.Məmmədov və Ş.Hüseynov da müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.