📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda “McDonalds”da insident - Müştəri sifariş menyusunun monitorunu sındırdı

2023-07-08 16:24:00

Bakıda “McDonalds”da insident - Müştəri sifariş menyusunun monitorunu sındırdı

Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən "McDonalds" restoranında insident baş verib.

Hurriyyet.az xəbər verir ki, müştərilərdən biri restoran əməkdaşları ilə mübahisə edib.

Həmin şəxs sifariş menyusunun olduğu monitora zərbələr endirərək ekranı sındırıb.

Hadisə barədə mühafizə polisinə həyəcan siqnalı daxil olub.

Mühafizə polisinin əməkdaşları restorana gələrək aparatı sındıran şəxsi saxlayıb.

Ərazi üzrə polis bölməsinə aparılan şəxsin 2001-ci il təvəllüdlü Əli Hüseynov olması müəyyən edilib.

qafqazinfo.az