📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda MDB üzvü olan dövlətlərin iclası keçiriləcək – Ermənistan iştirak edəcəkmi?

2022-10-11 14:36:00

Bakıda MDB üzvü olan dövlətlərin iclası keçiriləcək – Ermənistan iştirak edəcəkmi?

Hurriyyet.az xəbər verir ki, oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə açıqlamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi verib.

Açıqlamada deyilir: “İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan respublikaları silahlı qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi iştirak edəcək.

İclasa Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edəcək”.

Hürr Tərcüman