📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan atdı

2026-01-26 22:59:54

Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan atdı

Bakıda dəhşətli ailə faciəsi yaşanıb.

"Teleqraf"-ın verdiyi məlumata görə, orta yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, daha sonra özünü binadan atıb.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədən Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğludur.

Hadisə nəticəsində ər və arvadın öldüyü bildirilir. Hadisə Xətai rayonu ərazisində qeydə alınıb.