📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda məhkuma məxsus gizlədilmiş avtomat aşkarlanıb – BİRGƏ ƏMƏLİYYAT

2026-01-02 17:37:44

Bakıda məhkuma məxsus gizlədilmiş avtomat aşkarlanıb – BİRGƏ ƏMƏLİYYAT

Bakıda məhkum tərəfindən həbs edilməmişdən əvvəl gizlədilmiş avtomat aşkarlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilən nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat, ona məxsus daraq, eləcə də 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.