Bakıda məktəb direktorundan BİABIRÇILIQ - "Anım günü"nə "Zəfər günü", 44 günə 24 gün dedi - VİDEO
2021-09-25 16:15:00
Məktəb direktoru 44 günlük müharibəyə 24 günlük müharibə deyib.
Hurriyyet.az xəbər verir ki, Bakıda məktəb direktorlarından biri “Anım gününə” “Zəfər günü”, 44 günlük müharibəyə 24 günlük müharibə deyib.
Savadslızlıqdan, ya məsuliyyətsizlikdən danışdığını özü anlamayan bu direktora kənardan da heç kim müdaxilə etmir. Nəzərə alsaq ki, bura məktəbdir və çoxlu sayda müəllimlər də bu biabırçı “çıxışa” qulaq asır.