📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda məktəbli küçədə anasını qətlə yetirdi - Yenilənib

2022-04-20 15:28:00

Bakıda məktəbli küçədə anasını qətlə yetirdi - Yenilənib

Bakıda küçədə qadın qətlə yetirilib.

Hurriyyet.az-ın məlumatına görə, hadisə bu gün saat 12 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb.

35-40 yaşlı qadın küçədə öldürülüb. İlkin məlumata görə, onu oğlu bıçaqlayaraq qaçıb. 

Baş Prokurorluğun Mətbuat Xidməti faktı saytımıza təsdiqləyib.

***

Qətlə yetirilən qadının Ülviyyə İsmayılova olması müəyyən edilib. Onu qətlə yetirən oğlu, 2007-ci il təvəllüdlü Aydın (şərti) isə tutularaq istintaqa təhvil verilib.