Bakıda məktəbli virusdan öldü
2026-02-13 12:27:43
Bakıda 4-cü sinif şagirdi qəfil ölüb.
Lent.az-ın xəbərinə görə, Bakı şəhəri 211 nömrəli tam orta ümumitəhsil məktəbinin 4b sinif şagirdi Elcan Məmmədov evdə dünyasını dəyişib.
Onun son günlər uşaqlar arasında yayılan virusa yoluxduğu, bu səbəbdən vəfat etdiyi ehtimal edilir.
TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 10 yaşlı azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.