📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda məmur jurnalistlərə rüşvət təklif etdi, telefonu oğurladı - VİDEO

2022-06-09 13:30:00

Bakıda məmur jurnalistlərə rüşvət təklif etdi, telefonu oğurladı - VİDEO

Toplum TV-nin əməkdaşları iyunun 7-də Bakının Yasamal rayonunda məmur təzyiqi ilə üzləşiblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Bildirilir ki, Elmlər Akademiyası metrostansiyası yaxınlığındakı dükanların zorakılıqla boşaldılmasına şahid olan müxbirlər hadisəni lentə alıblar. Jurnalistləri görən Yasamal Rayon icra strukturunun nümayəndələri nəinki söküntü barədə açıqlama verib, üstəlik özünü Vüsal kimi təqdim edən məmur jurnalistlərə prosesi işaqlandırmaması üçün rüşvət təklif edib.

Jurnalistlər isə rüşvətdən imtina edərək, məkandan uzaqlaşmağa çalışıb. Həmin an Vüsal adlı həmin şəxs qaçaraq jurnalistin telefonunu əlindən alıb. Telefonda səsyazma açıq olduğu üçün bundan sonra baş verənlər də qeydə alınıb.

 

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İH-dən Bakupost.az -a bildirildi ki, məsələdən xəbərsizdirlər: "Bunula bağlı araşdırma aparıb, məlumat verəcəyik".

Daha ətraflı videomaterialda: