Bakıda məmur qəfil vəfat etdi
2024-08-14 09:23:23
Hesablama Palatasının Maliyyə və təchizat şöbəsinin sektor müdiri Ağayev Namiq Ataxan oğlu dünyasını dəyişib.
Hurriyyet.az xəbər verir ki, onun səhhətində daha öncədən hər hansı problemin olmadığı, qəfil ürəktutmadan həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, N.Ağayev bu il iyunun 24-də Prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdi.